SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda "BakuBus" avtobusunun tüstüləməsi haqda rəsmi məlumat yayılıb. 

"BakuBus"dan BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 00:27-də Şərifzadə küçəsində 7 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 JU 824 dövlət qeydiyyat nömrəli avtobus marşrut xəttinin fəaliyyətini bitirib qaraja gedərkən xırda nasazlıq səbəbindən tüstülənmə baş verib. Kadrlarda da göründüyü kimi avtobusun arxasınca avtobuslarımıza texniki xidməti həyata keçirən BMC servisin maşını hadisə yerinə gəlib və ilkin müdaxilədən sonra servis maşınının müşayəti ilə avtobus qaraja yönləndirilib.

***09.44

Bakıda "BakuBus" avtobusu tüstülənib.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO