Sədərəkdə sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn edilib - FOTO
28
apr
2024
21:40
Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn edilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu Sədərək rayon qəbiristanlığında dəfn olunublar.
Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə A...