SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

O, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

***13.20

Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

***12:59

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Bu barədə BAKU.WS-ə Əməkdar artist Firuzə İbadovanın qızı məlumat verib.

Sənətçi ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Cavanşir Məmmədovun vəfatı ilə bağlı ilk xəbəri axşam.az saytı yayıb. 

BAKU.WS
VİDEO