Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.
O, Yasamal qəbiristanlığında dəfn ediləcək.
Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.
***13.20
Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
***12:59
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Bu barədə BAKU.WS-ə Əməkdar artist Firuzə İbadovanın qızı məlumat verib.
Sənətçi ürəktutmasından dünyasını dəyişib.
Xatırladaq ki, Cavanşir Məmmədovun vəfatı ilə bağlı ilk xəbəri axşam.az saytı yayıb.
Oxşar xəbərlər
Hadi Rəcəbli dəfn olunub - YENİLƏNİB-3
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub. “Report” xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəb...