SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.

BAKU.WS report-a istinadən xəbər verir ki, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.

Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.

Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 kvadratmetr (hər mərtəbəsi 95 kvadratmetr) olan ikimərtəbəli yeddiotaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***12:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Verilən məlumata əsasən, Gəncə şəhərində ümumi sahəsi 190 kvadratmetr (hər mərtəbəsi 95 kvadratmetr) olan ikimərtəbəli yeddiotaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS
QALEREYA