Bakıda qeyri-adi yol qəzası baş verib. Çoxlarının "nəhəng pəhləvan" hesab etdiyi "Toyota - Land Cruiser" markalı avtomobil özündən qat-qat kiçik olan "VAZ-21011" markalı avtomobilin kiçik bir zərbəsindən aşaraq asfalt üzərində dövrə vurub.

BAKU.WS
-in avtosfer.az saytına istinadən verdiyi məlumata görə, qəza anı Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" kamerası vasitəsilə qeydə alınıb.

Videodan göründüyü kimi, "Land Cruiser" sola dönmək istəyərkən sol tərəfdən "011" onu vurur. Zərbənin təsirindən nəhəng avtomobil aşaraq asfalt üzərində bir dövrə fırlanıb.

Ziya Səccad
BAKU.WS