"BakuBus"un avtobusu piyadanı vuraraq öldürdü - FOTO

BakuBusun avtobusu piyadanı vuraraq öldürdü - FOTO
Foto
Hadisə 509

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Koroğlu nəqliyyat-mübadilə mərkəzində qeydə alınıb.

Məlumata görə, 163 nömrəli marşrut xətti üzrə hərəkət edən "BMC" markalı sərnişin avtobusu piyadanı vurub. Nəticədə piyada həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Son xəbərlər