Məhkəmə Əhməd Əhmədovla bağlı qərar verdi
Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Məhkəmə vəsatət və təqdimatı təmin edib, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi qərara alınıb.
Yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq.
Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı rəy hazırlanacaq.
Oxşar xəbərlər
Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - 20 gün... - VİDEO
Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. O, 20 gün müddətində b...