DTX-nin həbs etdiyi sabiq icra başçısının cəzası azaldıldı
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.
Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyev 9 il 6 ay, Əjdər Kərimov və digərləri 8 il, Gültəkin Sadıqova 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Oxşar xəbərlər
Ali Məhkəmə 2 yaşlı uşağı oğurlayan qadınla bağlı qərar verib
Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradova barəsində hökmdən verilmiş kassasiya protestinə baxılıb. BAKU.WS apa-ya istinadən x...