Emil Rəhmanovun anası: "Öldüyünü "İnstagram”dan öyrəndik" - VİDEO
"Emil məni yandırdı. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Allah götürər? Bunu heç kimə bağışlamayacağam".
BAKU.WS xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanovun anası Ulduz Əhmədova deyib.
Əhmədova "O üz" layihəsinə açıqlaması zamanı oğlu Emilin vəfat etdiyini instaqramdan öyrəndiyini bildirib:
'Bacım oğlu instaqramda göstərdiki övladımın yasıdır. İmkan vermədilər onun sağlığında xəstə yatağında üzünü görüm. Kim deyir başımı itirmişdim, boş söhbətdir. Uşağıma yaxınlaşıblar, üzünü o yana, bu yana çevirib. Bəlkə, məni axtarıb. 37 il Emilə baxmışam. Bu kirayədən, o kirayəyə köçə-köçə övladlarımı böyütmüşəm. Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım".
Ətraflı vidoeda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...