Astarada azyaşlı qızılcadan ölüb
08
fev
2024
12:14
Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonunun Maşxan kəndində baş verib.
Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub.
Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...