"Koroğlu"da DƏHŞƏT: taksi sürücüsü namus üstündə öldürüldü - YENİLƏNİB
Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metrostansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.
Belə ki, taksi sürücüsü sərnişinlərdən birinə sataşıb. Həmin sərnişinin qohumu olan Əhməd Hüseynov da onun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.
***14:38
Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...