VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilova yeni hökm oxunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Dünyamin Xəlilov 14 il 9 ay, Azad Cavadov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror Dünyamin Xəlilovun 15 il, Azad Cavadovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

BAKU.WS