Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı
17
yan
2024
08:01
Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.
Mebel sexində baş vermiş hadisə nəticəsində Zaur Qulu oğlu Cəfərov dünyasını dəyişib.
Bundan başqa, onun qardaşı Şahin Cəfərov və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.Mərhum bu gün Binə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.//oxu.az
Oxşar xəbərlər
Bakıda partlayışdan sonra mebel sexinin dağıntıları altından daha bir meyit çıxarıldı - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışdan sonra dağıntılar altından bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN)...