Abşeronda həyat yoldaşını və körpəsini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Ayla Hüseynlini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi başlayır.
“Report” xəbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseyinlinin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. F.Hüseynliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.
Oxşar xəbərlər
Əri 20 yaşlı Leylanı və qızını niyə qətlə yetirdi? - VİDEO
Qətlə yetrilən Leyla Hüseynli və 8 aylıq körpəsi Ayla Masallının Xıl kəndində torpağa tapşırılıb. Qobu qəsəbəsində qətlə yetirilən ana və körpəsinin qətli barəd...