Bakıda yol nəqliyyat hadisəsi baş verib.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-ə verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində (Koroğlu metrosu istiqamətində) baş verib.
 
Yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərərkətində sıxlıq yaranıb.
 
 
NİİM sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə edir. 
 
ŞAHİN Həbibov
BAKU.WS