Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub - YENİLƏNİB
29
dek
2023
17:43
Cəlilabadda iki nəfər kanala düşərək boğulub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şamaxıda “Tiktok”da qızla tanış oldu, anası ilə görüşdü - MƏHKƏMƏ İŞİ
Şamaxı şəhərində 2005-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası Nəzakəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib. BAKU.WS “teleqraf.com”a istin...