Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub - YENİLƏNİB

Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub - YENİLƏNİB
Hadisə 3

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.

İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.

Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər