Alzeimer xəstəsi olan qadın soyuducunu soba bilib yandırdı və həyatını itirdi - FOTO
Türkiyədə birmərtəbəli evdə tək yaşayan 81 yaşlı alzheimer xəstəsi qadın soyuducunu soba zənn edərək yandırıb və ölüb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Giresun şəhər mərkəzinin Boztəkkə kəndində baş verib. İddialara görə, Alzheimer xəstəsi Hayriye Yılmaz tək yaşadığı evdə sobanı yandırmaq istəyib.
Yılmaz soba əvəzinə soyuducunu açıb və içinə qoyduğu odunları yandırıb. Qısa müddətdə evi güclü tüstü bürüyüb. Alovları görən qonşuların xəbəri ilə yanğınsöndürən və tibbi yardım briqadası ünvana göndərilib.
Xilasedicilər yanğını qısa müddətdə söndürsələr də, axtarış zamanı Hayriye Yılmazın cansız bədəni tapılıb.
Yanğında qatı tüstüdən zəhərlənərək öldüyü müəyyən edilən yaşlı qadının cəsədi prokurorluğun müayinəsindən sonra yarılma üçün xəstəxana morquna aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...