Azərbaycanda mopedlə qəzada ölən şəxs Dünya və Avropa mükafatçısı imiş - TƏFƏRRÜAT + VİDEO
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı ölən moped sürücüsü cüdo üzrə Dünya və Avropa mükafatçısı imiş.
Belə ki, ötən gün 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.
Sürücü aldığı yaralardan hadisə yerində keçinib.
Mərhumun bacısı Lamiyə Bağırovanın sözlərinə görə, hadisəyə səbəb küləyin güclənməsi olub:
“Qardaşımın heç bir sağlamlıq problemi olmayıb. Müxtəlif illərdə Dünya və Avropa çempionatının fəxri kürsülərində yer alıb”.F.Bağırovun iş yoldaşı, baş məşqçi Yengivar Əliyev bildirib ki, tələbəsinin yarışısı izləmək üçün gəlirmiş:
“Onun tələbələri Sumqayıt şəhər birinciliyində mükafatçı oldu. Lakin o bu günü görmədi”.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycanda Əməkdar məşqçi faciəli şəkildə öldü - FOTO
Sumqayıtda qəzada ölən moped sürücüsünün kimliyi məlum olub. BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən şəxs 1972-ci il təvəllü...