Bakıda qohumlar arasında dava: Yeznə qaynını daşla döyüb
20
dek
2023
07:49
Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Zığ qəsəbəsində qohumlar arasında düşən dava zamanı qeydə alınıb.
Belə ki, yeznəsi tərəfindən baş nahiyəsindən daşla vurulan 1976-cı il təvəllüdlü Əlirzayev Elnur Əlirza oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş yara və hematoma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...