Bakı şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 6-cı mərtəbəsində 4 ədəd elektrik sayğacı və 1 p.m elektrik kabeli yanıb.
 
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
 
Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
ŞAHİN Həbibov
BAKU.WS