Bakıda hərbçi vəfat etdi - FOTO
Birinci Qarabağ müharibəsinin veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı müəllim dekabrın 9-da saat 23 radələrində qəflətən vəfat edib.
Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.
O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Füzuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.
2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...