Bakıda qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTO

09
dek
2023
22:12
Bakının Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü, maşını eyni markalı avtomobilə çırpıb. Qəza nəticəsində yol nişanı sıradan çıxıb.
Hadisə zamanı bir nəfər xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Avtomobillər ərazidən uzaqlaşdırılıb.Hadisənin təfərrüatı araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda “Prius” ”Ferrari” ilə toqquşdu: İki nəfər xəsarət aldı - YENİLƏNİB + VİDEO
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişmə...
