Vətəndaşlardan 2 avtomat, 3 qumbara 14 tüfəng götürüldü

04
dek
2023
09:47
2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 3 qumbara, 1 qumbara alışdırıcısı, 1 patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri ilə 2 tüfəng aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Vətəndaşlar silah-sursatı könüllü olaraq polisə təhvil verib
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar könüllü polisə silah-sursat təhvil verib. BAKU.WS xəbər verir ki, bu barədə DİN məlumat yayıb Noyabr...
