Azərbaycanda II sinif şagirdi vəfat edib - SƏBƏBİ BİLİNDİ - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirib:
"Qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib. T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.
***14:27
Zərdab rayonunda şagird bədbəxt hadisə nəticəsində vəfat edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu gün Nuray Zülfüqarlı məktəbə gedən zaman onu avtomobil vurub.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
N.Zülfüqarlı Əlvənd kənd tam orta məktəbinin ikinci sinif şagirdi olub.
***14:07
Zərdabda II sinif şagirdi vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektoru məlumat yayıb.
Qeyd edilib ki, Əlvənd kənd tam orta məktəbin II sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızı vəfat edib.
Oxşar xəbərlər
Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Ucar Rayon Təhsil Şöbəsi Qaradağlı kənd orta məktəbində təhsil alan şagirdin intihara cəhdi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, qurumdan bildi...
