Ukraynada azərbaycanlı bacı və qardaşın meyitləri tapıldı - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, digər şimal vilayətlərində hava həyəcanı siqnalı verilib.
“Xoşbəxtlikdən Kiyevdə partlayış qeydə alınmadı. Lakin qonşu vilayətlərdə - Sumı, Çerniqov, Jitomirdə partlayışların olduğu bildirilir”, - deyə jurnalist əlavə edib.
M.Aslanov Xersonda meyitləri tapılan azərbaycanlı bacı-qardaş barədə də məlumat verib.
O qeyd edib ki, Ruslan Ağayev və Nurlana Ağayevanın meyitləri Dnepr çayının sol sahilində – Rusiyanın nəzarətində olan ərazidə tapılıb. Onların işgəncəyə məruz qaldığı bildirilir.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ + FOTO
2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud...
