SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün saat 09:20 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

"ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - deyə məlumatda qeyd olunub.

BAKU.WS