Ödənişli yolda qəza olub: Ölən və yaralanan var - FOTO

28
noy
2023
21:00
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, "Nissan X-Trail" markalı avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Belə ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı hadisə yerində aldığ xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi müəyyənləşdi - YENİLƏNİB
Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib. BAKU.WS r...
