SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada küçə iti 5 nəfərə xəsarət yetirib. 

BAKU.WS modern.az-a istunadən xəbər verir ki, günorta saatlarında Zaqatala şəhərinin mərkəzi küçələrindən birində, əhalinin alış-veriş etdiyi bazar ərazisində it qəflətən sakinlərə hücum edib. Bu zaman özünü və başqalarını itdən müdafiə etməyə çalışan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan sakinlər dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq, ilkin tibbi yardım göstərilib. İlk növbədə, onlara quduzluq əleyhinə peyvəndlər vurulub. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, noyabrın 21-də xəstəxanaya it dişləməsi ilə bağlı 5 nəfər müraciət edib. 1957-ci il təvəllüdlü şəxsə (cinsi kişi) sol budun açıq yarası, 1970-ci il təvəllüdlü şəxsə (cinsi kişi) sağ budun dişlənmiş yarası, 1961-ci il təvəllüdlü şəxsə (cinsi kişi) sol bazunun açıq yarası, 1964-cü il təvəllüdlü şəxsə (cinsi kişi) sol bazunun açıq yarası, 1957-ci il təvəllüdlü şəxsə sol budun açıq yarası diaqnozu qoyulub. Zərərçəkən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. 

Quduzluq ehtimalı olunan və sakinlər tərəfindən öldürülən it müvafiq təşkilat tərəfindən ərazidən götürülüb. Eyni zamanda, onun quduzluğa yoluxub-yoluxmadığını müəyyən etmək üçün analizlər götürülərək müvafiq laboratoriyaya göndərilib. 

Rayon Gigiyena və Epidemiologiya Stansiyasından isə bildirilib ki, dərhal hadisə baş verən yerə mütəxəssislər göndərilib, ərazi dezinfeksiya olunub.

BAKU.WS