Türkiyədə boğazında jelibon qalan 6 yaşlı qız öldü - FOTO

Türkiyədə boğazında jelibon qalan 6 yaşlı qız öldü - FOTO
Foto
Hadisə 3

Türkiyədə 6 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, hadisə Mersinin Tarsus rayonunda qeydə alınıb.

Belə ki, 6 yaşlı Nisa Cevizin yol kənarında uzandığını görən vətəndaşlar dərhal təcili yardıma müraciət ediblər.

Xəstəxanaya aparılan kiçik qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Bağlar məhəlləsinin məscidinin imamı Nisənin boğazına jelibonun ilişdiyi və nəfəssiz qaldığını iddia edib.

Mersin Ədliyyə Tibb Qurumuna aparılan Nisa Cevizin dəqiq ölüm səbəbi aparılan yarılma nəticəsində müəyyənləşəcək. İşin istintaqı davam etdirilir.

Oxşar xəbərlər

Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...

Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...

Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...

529 Hadisə 18:44 08 iyun 2023

Son xəbərlər