Aparıcı Vüsalə atası ilə barışıb

Aparıcı Vüsalə Kərimova atası, Əməkdar artist Vaqif Kərimovla barışıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "Pərvizə görə" layihəsinə açıqlamasında deyib.
Vüsalə bildirib ki, atası ilə anası əməliyyat olunanda əlaqə saxlayıb:
"Küsülü deyilik, amma hər gün danışmırıq. Məclislərdə, tədbirlərdə haradasa rastlaşsaq, görüşürük. Hər gün gedib-gələk, ya da telefonla danışaq kimi ünsiyyətimiz yoxdur. Küsülü də deyilik. Anam əməliyyata gedən ərəfədə anamı bağışladım. Kimsə məni pis kimi görə bilər, amma mən heç kəsə pislik edən insan deyiləm. Düşünürdüm ki, heç kəsə pislik etmirəm, kiminsə qarşısını kəsmirəm. Balaca, ya böyük, amma öz dünyam var. Fikirləşirdim ki, niyə başıma pis nələrdə gəlsin? Sonra dedim ki, yəqin səhvim atamı bağışlamamağımdır. Anam əməliyyata gedəndə düşündüm ki, o, sağ çıxmasa, bunu özümə bağışlamayacağam. Fikirləşdim ki, mən səhvimə görə bu acını yaşayıram. Anam əməliyyata girməzdən əvvəl atama mesaj yazdım, dedim, Allaha xatir səni bağışlayıram. Əlbəttə buna çox sevindi. Ona izah etdim ki, ağır bir yola çıxmışam, anam əməliyyata gedir, ordan sağ çıxmasa, bunu özümə bağışlamayacağam. Ona görə səni bağışlayıram. Bağışlamaq o demək deyil ki, o, hər gün bizə gəlir, ya mən onun evinə gedirəm. Sadəcə o insana qarşı kinim yoxdur, sorğu-sual etmirəm. Hər şeyi axarına buraxıb, bağışlamışam. Xeyirdə-şərdə, ailə məclislərində görüb hal-əhval tuturam, görməyəndə də görmürəm".
Qeyd edək ki, aparıcının atası ilə anası uzun illər əvvəl ayrılıb.
Vüsalə Kərimova atası ilə danışmadığını, hətta uşaqlıq illərindən onunla görüşmədiyini açıqlamışdı.
Oxşar xəbərlər
Serenay Sarıkaya bu məşhurlarla sevgili olub
Məşhur aktrisa Serenay Sarıkaya mətbuatda daha çox səs-küylü layihələri ilə müzakirələrə səbəb olub. Lakin onun şəxsi həyatı heç də karyerasında geri qalımr. 3...