Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR
Video
Şou-biznes 87719

Azərbaycanlı məşhurların yay istirahəti davam edir. Hazırda onların bəziləri xaricdə, bəziləri isə Azərbaycanda dincəlir.

BAKU.WS xəbər verir ki, onlar arasında həyat yoldaşı, gəlini və oğlu ilə istirahətə gedənlər də var. Bəs görəsən məşhurlar indi harada və kiminlə istirahət edir?

Model Diana Əhədpur

Azərbaycanlı model Diana Əhədpur isə hazırda Bodrumda oğlu ilə istirahətinə davam edir. O Bodrumda türkiyəli məşhur DJ Mahmut Orhanın konsertində olub.

Diana konsertdən olan görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Aktyor Taleh Yüzbəyov

Məşhur aktyor Taleh Yüzbəyov da istirahət edən məşhurlar arasındadır. O dincəlmək üçün ölkədəki "Sea Breeze" kurort mərkəzini seçib. Aktyor ora bloger həyat yoldaşı Xatirə Yüzbəyova ilə gedib. Cütlük istirahətindən lentə alınan görüntüləri sosial şəbəkədə paylaşıb.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə də digər həmkarları kimi istirahətə yollanıb. Sənətçi hazırda Monteneqroda dincəlir.

Müğənninin hovuzdan olan videosu izləyiciləri tərəfindən maraqla qarşılanıb.

İfaçı istirahətə həyat yoldaşı, gəlini və oğlu ilə birlikdə yollanıb. O bu barədə sosial şəbəkədə bildirib.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Nəfəs

Müğənni Nəfəs də istirahət üçün ölkəmizi seçib. O məşhur kurort mərkəzlərindən biri olan Nabranda dincəlib. İfaçı orda həm konsert verib həm də istirahət edib.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Gülay Zeynallı

Müğənni Gülay Zeynallı da tətilə yollanan məşhurlar arasındadır. O tətil üçün Yunan adası Santorinini seçib. Gülay qızı Sahilə və rəfiqəsi ilə birlikdə adada dincəlir. Sənətçi istirahətindən olan fotolarını sosial şəbəkə hesabında yayımlayıb.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Müğənni Günay İbrahimli

Müğənni Günay İbrahimli uzun müddətdir Misirdə istirahət edir. Səhətçi rəfiqəsi ilə yollandığı istirahətindən görüntüləri sosial şəbəkədə yayımlayıb. İfaçı Qırmızı dənizdən dənizdə çəkilən fotossesiyasını da izləyiciləri ilə bölüşüb.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Bloger Nagehan Abdullayeva

Bloger Nagehan hazırda Türkiyədə istirahət edir. O Büyükadadan lentə alınan fotolarını şəxsi instaqram hesabında paylaşıb.

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

Zöhrə Pənah

Oxşar xəbərlər

68 yaşlı Xalq artisti ilk dəfə nənə oldu

68 yaşlı Xalq artisti ilk dəfə nənə oldu

Xalq artisti Həmidə Ömərova nənə olub.  BAKU.WS xəbər verir ki, aktrisanın oğlu Rəhimin qızı doğulub. Bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Aktrisanın o...

552 Şou-biznes 15:56 09 sentyabr 2025

Son xəbərlər