Türkiyəli şəhid övladları "YAŞAT" düşərgəsində olublar
Türkiyə Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının övladları "YAŞAT" fondunun Lənkəranda təşkil edilmiş yay düşərgəsində olublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" süjet təqdim edib.
Bildirilib ki, 18 türkiyəli uşaq və yeniyetmə azərbaycanlı şəhid övladları ilə bir araya gəliblər.
Onlar birlikdə əylənib, müxtəlif yarışmalara qatılıb, bilik və bacarıqlarını bölüşüblər.
Qeyd edək ki, iyulun 12-də açılan yay düşərgəsi avqustun sonlarınadək fəaliyyət göstərəcək.
Azerbaycan'da Anlamlı Etkinlik! Türk ve Azerbaycanlı Şehit Çocukları Bir Araya Geldi pic.twitter.com/QDtkDTikQz
— Haber Global (@HaberGlobal) August 1, 2025
Oxşar xəbərlər
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Magistral yollarda hərəkətin təhlükəsiz və rahat təşkili sürücülərin qarşılaşdığı əsas məsələlərdən biridir. BAKU.WS-in məlumatına görə, yol infrastrukturunun...