Bakı-Ələt-Qazax yolunda QƏZA - 21 yaşlı qızın vəziyyəti ağırdır

"01.08.2025-ci il tarixində saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2001-ci il təvəllüdlü (qadın cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının hospitalizasiya olunub".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Qey6d olunub ki, ona başın digər nahiyələrinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib.
"Hazırda xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - məlumatda vurğulanıb.
***10:38
Sözügedən yol-nəqliyyat hadisəsi bu gün səhər saat 8 radələrində qeydə alınıb. Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun 70.5-ci kilometrində, Salyana dönən yolda baş verib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, qəza zamanı "Toyota Prado" markalı "99 VU 090" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev Vüsal Eyvaz oğlunun idarə etdiyi nəqliyyat vasitəsi ilə "Niva" markalı "99 BM 711" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Orucov Zaman Kamal oğlunun maşını toqquşub.
"Hadisə nəticəsində "Niva"da əyləşən 2 sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə İdarənin məlumatında qeyd olunub.
Banu Hüseynli
***09:38
Bakı-Ələt-Qazax yolunda qəza baş verib.
Bu barədə BAKU.WS-ə daxil olan məlumata görə, hadisə yolun Salyan rayonuna dönən hissəsində qeydə alınıb.
Bildirilib ki, hadisə 3 avtomobilin iştirakı ilə baş verib, maşınlardan ikisi yararsız vəziyyətə düşüb.
Ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Ərazidən kadrları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Mingəçevirdə avtomobil yaşlı qadını vurub öldürüb
Avqustun 1-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomob...