Rusiyadan Paşinyanı devirmək planları
"Rusiyanın Cənubi Qafqazdakı hərbi strategiyasında həyəcanlı dəyişikliklər baş verir".
BAKU.WS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirlir.
"Redaksiyamıza daxil olan məlumata görə, son həftələr Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazası fəallığını artırıb. Amma burada söhbət şəxsi heyətin rotasiyasından və ya müdafiə qabiliyyətinin planlı şəkildə gücləndirilməsindən getmir. Hər şey fərqli bir məntiqə işarə edir və bu məntiqdə hərbi alətlər daxili siyasi müdaxilə rıçaqına çevrilir", - deyə süjetdə qeyd olunur.
Vurğulanır ki, hərbi bazanın gücləndirilməsi təkcə Azərbaycanla sərhəddə gələcək açıq qarşıdurma üçün deyil, həm də küçə toqquşmaları, əhalinin sıx məskunlaşdığı ərazilərdə döyüşlər üçündür. Belə ki, əldə edilən məlumata görə, Rusiyanın məqsədlərindən biri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirməkdir.
Daha ətraflı "Caliber"in yeni süjetində:
Oxşar xəbərlər
Çexiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri planlaşdırılır
Çexiya Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfərini planlaşdırır. BAKU.WS xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek report-un s...