Azərbaycan Ordusu erməniləri yasa batırdı

Azərbaycan Ordusu erməniləri yasa batırdı
Hadisə 5155

  Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində separatçı Qarabağ rejimi rəhbərliyi qorxuya düşüb. BAKU.WS-in məlumatına görə, erməni işğalı altında olan Xankəndidə təmas xəttindəki ölən hərbçilərə görə matəm saxlanılıb. Xankəndində bütün bayram tədbirləri ləğv olunub. Separatçı rejimin rəhbərliyi təcili toplantı çağıraraq təmas xəttindəki gərginlik müzakirə olunub.

Xatırladaq ki, dünən qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır. Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır. Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan ordusu ermənilərin başına od yağdırdı

Azərbaycan ordusu ermənilərin başına od yağdırdı

Dünən qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. BAKU.WS-in Müdafiə Nazirliyinin...

1822 Hadisə 10:30 26 sentyabr 2015

Son xəbərlər