SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda məhkumun vaxtilə gizlətdiyi silah aşkarlanıb.

Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd qundağı kəsik ov tüfəngi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində boşluq ərazidə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS