13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

Məkkədə Mina dağında izdiham nəticəsində ölənlərin 310-a çatıb. 

 

BAKU.WS-in məlumatına görə, izdiham zamanı ölənlərin sayının artacağı istisna edilmir. Azərbaycan Xarici İşlər Nazirliyi Məkkədə baş verən faciə ilə bağlı açıqlama verib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş faciədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmadığını bu ölkənin dövlət qurumları ilə araşdırır.

  

***14:33***  

 

Məkkədə Mina dağında izdiham nəticəsində ölənlərin sayı artıb. 

 

BAKU.WS-in məlumatına görə, izdiham zamanı ölənlərin sayı 220-yə çatıb. Şeytanı daşlamaq üçün Mina dağına tərəf irəliləyən zəvvarlardan qarışıqlıq zamanı 450-si yaralanıb. Hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır. 

 

Xatırladaq ki, sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişmişdi.


***13:55*** 
 
Məkkədə Mina dağında izdiham nəticəsində faciə baş verib.
 
BAKU.WS-in məlumatına görə, həcc ziyarətini yerinə yetirən 150 nəfər qarışıqlıq zamanı dünyasını dəyiş. Yaralanların soyının 400-ə çatdığı bildirilir. 

Son məlumatlara görə, xüsusilə bu gün bayramla əlaqədar olaraq çox sayda zəvvar Səudiyyə Ərəbistanına həccə gəlib. İlkin olaraq ölənlərin 100 nəfər olduğu deyilsədə sonradan bu say artmağa başlayıb. Hadisədən sonra dərhal xilasedicilər və həkimlər yaralananların xilas edilməsi üçün əraziyə cəlb olunub.
 
Xatırladaq ki, bu hadisədən hələ 13 gün əvvəl Kəbədə kran aşmışdı. Bu hadisə nəticəsində azı 109 insan ölmüş, 230-dan çox insan yaralanmışdı. 
 
BAKU.WS