20 yaşlı gəncdən qeyri-adi intihar: soyunub şirlərin önünə uzandı (VİDEO, FOTO)
Çilinin paytaxtı Santiaqoda yerləşən zooparkda dəhşətli hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, bir nəfər şəxs intihar məqsədi ilə aslan qəfəsinə girib. Şənbə günü "Metropolitan" zooparkında qeydə alınan hadisə bütün dünyada şok effekti yaradıb. Əynindəki paltarları çıxardıqdan sonra dini şüarlar söyləyərək aslanların olduğu qəfəsə girən gəncə heyvanlar hücum çəkib.
Zooparkın müdiri Alexandra Montalva gənc adamın ziyarətçi bileti alaraq zooparka girdiyini söyləyib. "Bu hadisə bir dişi və bir erkək aslanın ölümünə səbəb oldu. Bundan çox kədərləndik. Əlimizdə sakitləşdiricilər olmadığı üçün bu cür tətbir almağa məcbur olduq", - deyə zooparkın müdiri bildirib.
Adının Franko Luis Ferrada Roman olduğu açıqlanan 20 yaşındakı adamın vəziyyətinin kritik olduğu deyilir.
BAKU.WS
Oxşar xəbərlər
Balakəndə 25 yaşlı gənc özünü asdı
Balakəndə intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Füzuli küçəsindəki mənzillərdən birində qeydə alı...