20 ildir pinəçilik edən qadın - VİDEO

20 ildir pinəçilik edən qadın - VİDEO
Video
Hadisə 386

Göyçay şəhər sakini 50 yaşlı Kütahi Mollayeva artıq 20 ildir ki, pinəçilik etməklə ailəsini dolandırır.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, o, Göyçayda özünə məxsus ayaqqabı sexində çalışır.

Gününün əsas hissəsini bu sexdə keçirən Kütahi Mollayevanın zərif əlləri bu ağır işdə kobudlaşıb. Lakin o, gördüyü işdən heç də yorulmur, əksinə həvəslə qadın və kişi ayaqqabıları tikir.

Pinəçinin sözlərinə görə bu sənət ona qaynatasından və həyat yoldaşından qalıb: “Əvvəllər çox çətin gəlirdi çalışmaq, əlimə biz batırdı ancaq artıq öyrəşmişəm”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər