2 uşaq anası ehtiyatsızlıqdan sirkə turşusu içdi - vəziyyəti ağırdır
Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.
Ailə üzvləri Z. Quliyevanı Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Xəstəxananın Acil şöbəsinə yerləşdirilən qadına ilkin tibbi yardım göstərilib. Lakin həkimlər onun hazırda vəziyyəti ağır qiymətləndirir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb.
Oxşar xəbərlər
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır
Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qal...