Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Pirəkəşkül və Ağdərədə dekabrın 15-dən 19-a qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
Oxşar xəbərlər
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Bakıda qadın qətlə yetirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində 23 yaşlı qadına kəsi...