Bakıda kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü
21
okt
2018
13:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda dəhşətli ölüm hadisəsi baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Nizami rayonu Çobanzadə küçəsində “Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, “MAZ 5335” markalı yük kranını Mətləb Orucov adlı şəxs idarə edib. Hadisə kranın kəmərinin düzgün bərkidilməməsi səbəbindən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda faciəvi hadisə: 28 yaşlı qız prospektin ortasında öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində - Qara Qarayev prospektində naməlu...