Bakıda avtomobil ustası qadın sürücünü aldadaraq aradan çıxıb - VİDEO
25
noy
2018
09:11
Bakıda avtomobil ustası sürücünü aldadaraq ona maddi ziyan vurub.Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Yavər Əliyevanın başına gəlib.Qadının sözlərinə görə, Çin istehsalı olan avtomobilində ''maxavik'', yəni ''nazimçarx'' adlanan detal sıradan çıxıb. O, avtomobili bir neçə ustaya aparsa da, həmin detal olmadığından maşını idarə edə bilməyib. Yavər Əliyeva bir gün taksi ilə işə gedərkən söhbət əsnasında taksi sürücüsü ona həmin model avtomobil ustasının telefon nömrəsini verib. Qadın zəng vuraraq Sahəddin adlı usta ilə danışıb, öz iş yerində - metronun ''Neftçilər'' stansiyası yaxınlığında görüşüb.İki saatdan sonra Yavər Əliyeva özünü Sahəddin kimi təqdim edən ustaya zəng vursa da, onun telefonu sönülü olub. Qadın bir neçə gün gözlədikdən sonra aldadıldığını görüb, hadisə ilə bağlı ərazi üzrə Nizami rayon 25-ci polis bölməsinə məlumat verib.Bu hadisədən təxminən 10 gün sonra qadın iş yerinin yaxınlığında təmir sexində usta işləyən Mahir Tarverdiyevə avtomobilindəki problemlə bağlı məlumat verib. Həmin usta qadına maşını təmir edə biləcəyini deyərək, ondan 450 manat detal üçün pul alıb.Həmin qadınla Mahir Tarverdiyevin işlədiyi təmir sexinə getsək də, ora bağlı idi. Sexin yaxınlığında işləyən ustalar Mahirin Ukraynaya getdiyini deyirlər. Qadının sözlərinə görə, ümumilikdə ona 800 manat ziyan dəyib. Yavər Əliyeva ikinci usta fırıldağı ilə bağlı polisə hələ ki, məlumat verməyib. Amma birinci usta, yəni Sahəddin adlı şəxs ilə bağlı 25-ci polis bölməsindən bildirdilər ki, onun axtarışı aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Bakıda maşını oğurlayan usta ağlagəlməz üsula əl atdı - VİDEO
Bakıda usta təmir üçün ona təhvil verilənavtomobili oğurlayıb. Polishəmin şəxsihadisədən 15 gündən sonra saxlayıb.Avtomobil sahibinin sözlərinə görə, usta maşın...