Asan yola əl atan ana və bala iş başında yaxalandı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda saxta pulla alış-veriş edən ana və oğlu saxlanılıb.
Əməliyyatı Abşeron polisi keçirib. Abşeron sakini Gülbəniz Hüseynova işlədiyi şirniyyat mağazasında bir nəfər qadının ona 50 manatlıq saxta pul verdiyi barədə polisə şikayət edib.
Adilə Sadıqova da Masazır qəsəbəsidə ticarətlə məşğul olan zaman bir nəfər qadının ona saxta pul verməsi barədə polisi məlumatlandırıb. Aparılan əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş şəxslərin paytaxtın Nəsimi rayonunda kirayədə yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov olduğu ortaya çıxıb.
Saxlanılan şəxslərin yaşadıqları mənzildən saxta pul çap etmək üçün işlədilən rəngli printer və digər aksesuarlar aşkarlanıb. Namiq Əsgərov həmin vasitələrin həbsdə olan qardaşından aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WSOxşar xəbərlər
100 və 50 manatlıq saxta əskinaslar tapıldı
Sentyabrın 22-də Sabirabad rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əskinas verərək t...