Qızıl adı ilə aldığı qolbağ saxta çıxdı - TƏFƏRRÜAT - VİDEO

Qızıl adı ilə aldığı qolbağ saxta çıxdı - TƏFƏRRÜAT - VİDEO
Video
Hadisə 6458
Qızıl adı ilə aldığı qolbağ saxta çıxıb. Hadisə paytaxtın Nəsimi rayonunda univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Elvin Qəniyevin başına gəlib. Qızılların saxta olmasından əmin olduqdan sonra Elvin Qəniyev univermağın təhlükəsizlik kamerasına baxış keçirib və həmin qadınların görüntülərini çıxarıb. Elvin Qəniyevin sözlərinə görə, onlara 200 manat məbləğində ziyan dəyib. Satıcı həmin saxta qızılı saxlayıb ki, qadının özünə qaytarsın. Bununla belə o, həmin qadınların da bu şəkildə başqaları tərəfindən aldadıla biləcəyini istisna etmir. Zərərçəkmiş qadına verdiyi həqiqi qızılı geri qaytarmayacağı təqdirdə ərazi üzrə 19-cu polis bölməsinə şikayət edəcəyini deyir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: BAKU.WS

Son xəbərlər