Aktrisadan ŞOK AÇIQLAMA: “Nəvəm ölümünü öz əliylə çəkdi” - VİDEO

Aktrisadan ŞOK AÇIQLAMA: “Nəvəm ölümünü öz əliylə çəkdi” - VİDEO
Video
Hadisə 2220
ARB TV-nin “Bu qədər” proqramının növbəti qonağı aktrisa Məsumə Babayeva olub.Həyat yoldaşını, oğlunu və azyaşlı qız nəvəsini itirən aktrisa başına gələnləri bölüşüb:“Hər ana güc istəyir ki, bunun arxasında dursun. Övladlarımla həmişə fəxr etmişəm. Həyat elə gətirdi ki, övladımı boya-başa çatdırdım. Biri gənc olarkən rəhmətə getdi, birini də Allah qorusun. Pərvin çox ağıllı, savadlı, qayğıkeş övlad idi. Mən xəstələnəndə mənə çox yaxşı baxırdı. Tarixi çox sevirdi. Proqnozlar verirdi. Elə şeylər var ki, o dediyi proqnozlar indi də olur”.Şizofreniya diaqnozu qoyulan oğlunun sonu isə faciə ilə bitib:“Onu həmişə qoruyurdum, amma saxlaya bilmədim. Kaş ki, mən onu tək qoymazdım, kaş inanmazdım ki, işə gedir. Həmişə deyirdi ki, 25 yaşında öləcəm. Mən ona inanmırdım ki, belə bir şey olsun. 25 yaşında belə bir hadisə baş verdi”.Aktrisa daha sonra öz ölümünü çəkən qız nəvəsindən danışıb:“Dedi ki, nənə, maşın gəlir, ana və mən keçirik, maşın vurur. Dedim mən çəkim, aldı əlimdən özü xətt elədi dedi ki, bu bizik. Yuxuda da gördüm ki, başqasını maşın vurur. Qəzada dedim ki, ailəm tamam dağıldı. Qızımla birlikdə maşın vurdu nəvəmi. Nəvəm 1 həftə qaldı, qızım çox şükür ki, ayağa qalxdı. Oğlum həmişə deyirdi ki, mən rəhmətə getsəm, qız da rəhmətə gedəcək”.BAKU.WS

Son xəbərlər