Pərvin Abıyeva: 27 yaşım var, evdə qalmışam - VİDEO
04
iyl
2018
10:59
"Türkiyə vətəndaşı ilə ailə quraram, amma öz kişilərimizi daha çox sevirəm".Aktrisa Pərvin Abıyeva belə deyib. BAKU.WS xəbər verir ki, ATV-nin "Zarafatyana" verilişinin qonağı olan aktrisa evlilik yaşının keçdiyini etiraf edib: "Mənim bir sözümü yozdular ki, guya mən Azərbaycan kişilərini bəyənmirəm. Əslində o müsahibə elə deyildir. Nə qədər desəm də, yenə də başa düşmədilər. Nə qədər köhnə fikirli olsalar da, kobud olsalar da, öz kişilərimizə daha çox üstünlük verirəm. Həmişə deyirdim ki, öz Azərbaycan kişimizlə ailə quracam. Amma qismət. Artıq 27 yaşım var, evdə qalmışam. Öz kişilərimiz almır..." Aktyor Cavidan Novruzov efirdə Pərvinin bu sözünə gülərək belə reaksiya verib: "Evdə-zadda qalmayıb, özüm alacam. Azərbaycan kişiləri ölməyib". Pərvin onun bu zarafatını gülərək qəbul edib və Cavidanı şapalaq vurub. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Pərvin Abıyeva eşq yaşadığı kişilərin sayını açıqladı - VİDEO
Aktrisa Pərvin Abıyeva Xəzər Tv-də yayımlanan "Hər şey daxil" verilişdə maraqlı açıqlaması ilə diqqət çəkib. BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan ek...