SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıtda qadınların çanta oğurluğu kameraya düşüb.
 
BAKU.WS-in məlumatına görə, polis görüntülər əsasında həmin qadınları axtarır.
 
Əvvəlcə hər iki qadın birlikdə yanlarında uşaqla mağazaya yaxınlaşırlar. Ardınca gənc qadın dükana daxil olur və bir az çantalara baxdıqdan sonra orta yaşlı digər qadın da onun yanına gəlir. Qısa ünsiyyətdən sonra gənc qadın mağazadan çanta götürür və sıxlıqdan istifadə edərək uşağın dalınca qaçmaq bəhanəsi ilə dükandan çıxır. Bir müddət sonra isə digər qadın da başqa bir çanta götürərək eyni üsulla mağazanı tərk edir.
 
Oğurluq hadisəsi Sumqayıtdakı mağazalardan birində müşahidə kameraları tərəfindən lentə alınıb. Hadisə ilə bağlı mağaza sahibi polisə müraciət edib.
 
Polis görüntülər əsasında həmin qadınları axtarır.
 
Nazim Babayev
BAKU.WS